Meyiti tapılan əsgər Xocalı qatilinin qohumu imiş – YENİLƏNİB

 

Dünən hərbi hissədə asılmış vəziyyətdə tapılan erməni əsgər Andranik Ohanyan Seyran Ohanyanın qohumudur. 

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Məlumata görə, ölən əsgər Ohanyanın əmisinin nəvəsidir.

Qeyd edək ki, hadisə Tavuş regionunda baş verib. Hərbçinin intihar həddinə çatdırılması ilə bağlı cinayət işi açılıb.

***12:17

Ermənistan Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin hərbçisi Andranik Karoyeviç Ohanyanın meyiti aşkar edilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, meyit martın 8-də aşkarlanıb. Məlumat isə bu gün yayılıb.

Faktla bağlı araşdırma aparılır.