Ərdoğan üç ölkəyə işarə etdi: “İmkan verməyəcəklər”

AA 20250616 38297433 38297431 CUMHURBASKANI ERDOGAN KABINE TOPLANTISI SONRASI ACIKLAMA YAPTI 900x597 2

“Hazırda regionun yeni bir müharibəyə dözümü yoxdur. Türkiyə regionda qarşıdurmaların yaşanmaması üçün səylər göstərir”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında bildirib.

O, Ankaranın bu istiqamətdə səyləri davam etdirəcəyini söyləyib:

“Hücumlar İranla nüvə proqramı ilə bağlı danışıqların intensivləşdiyi bir vaxtda baş verib. İsrailin Baş naziri Benyamin Netanyahu hökuməti 13 iyun hücumları ilə danışıqlar prosesini sarsıtmağı hədəfləyib.

Regionda Says-Piko (Britaniya ilə Fransa arasında Osmanlı imperiyası tabeliyində olan Yaxın Şərq ərazisində təsir dairələrinin bölüşdürülməsinə dair müqavilə-red). düzəninin qurulmasına imkan verməyəcəklər”.