Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefonla danışıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Liderlər arasında ikitərəfli gündəlikdəki məsələlər müzakirə edilib, əməkdaşlığın artırılması vurğulanıb.
“Bunu nəzərə alaraq, aidiyyəti qurumlar arasında əlaqə saxlanılacaq. Söhbət zamanı liderlər bir sıra beynəlxalq mövzulara da toxunublar”, – məlumatda qeyd olunub.