Ərdoğan nazirləri toplayır: Masadakı əsas məsələ…

Erdogan

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bildirilib ki, əsas müzakirə obyekti zəlzələnin təsirləri olacaq.

“İstanbuldakı binaların vəziyyəti qiymətləndiriləcək, şəhərsalma işləri, yeni və əlçatan mənzil layihələri, zəlzələdən sonra dələduzları hədəf alan yoxlamalar da kabinetdə gündəm mövzulardan olacaq. Həmçinin ölkədə inflyasiyanın qarşısını almaq üçün addımların da müzakirəsi gözlənilir”, – deyə bildirilib.

Əlavə edilib ki, PKK-nın silahları yerə qoyması məsələsi də diqqətdədir.

Günay Rəsulqızı
Globalinfo.az