Əməkdar jurnalistdən “Qarabağ”la bağlı ümidverici sözlər

“Qarabağ” ağır qrupa düşdü. “Bayer” (Almaniya) ötən mövsüm bundesliqanı 6-cı yerdə başa vurub. Komandanın adı, yarışdığı çempionatın səviyyəsi çox şeydən xəbər verir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Əməkdar jurnalist, Qol.az saytının baş redaktoru Aydın Bağırov deyib.

O, Rrqiblərdən ikisi – “Mölde” Norveçin, “Hekken” isə İsveçin son çempionu olduğunu xatırladıb:

“Fikrimcə, qrupun favoriti “Bayer” olsa da, “Mölde”nin təhlükəli komanda olduğunu unutmamalıyıq. Norçevlilər ÇL-in pley-off mərhələsində “Qalatasaray”a uduzsalar da, oyun baxımından rəqibdən geri qalmadılar və həmin turnirin qrupunda oynamağa layiq olduğunu göstərdilər. Məncə, “Qarabağ” üçün “Bayer”dən çox, “Mölde”lə ilə oyunlar daha ağır keçəcək. Fiziki cəhətdən güclü və daha çox atletik oyuna üstünlük verən Skandinaviya komandaları ilə oyunlarda “Qarabağ” çətinlik çəkir. FİK-lə (Finlandiya) oyunlarda biz bunu görə bildik”.

Aydın Bağırov

A.Bağırovun sözlərinə görə, Skandinaviyanın digər təmsilçisi olan İsveç “Hekken”i ilə görüşlər “Qarabağ” üçün nisbətən rahat keçə bilər:

“İsveçlilərlə əvvəlki illərdəki görüşlərdə “Qarabağ”ın uğurlu nəticələri var. Ümumən mənə elə gəlir ki, yekunda “Qarabağ” ən yaxşı halda 2-ci, ən pis halda 3-cü yeri tutacaq və Avrokubok mübarizəsini ən azı gələn illin fevralına kimi davam etdirəcək.

Amma yekunda onu da qeyd etmək vacibdir ki, “Qarabağ”a bundan sonra təzə oyunçular lazımdır. Xüsusən pleymeyker və sağ vinger… Vaxt isə azdır. Sentyabrın 4-nə kimi sifariş ərizəsi UEFA-ya göndərilməlidir”.

Zaira Akifqızı
Globalinfo.az