Əliməmməd Nuriyev namizədliyini geri götürdü – AÇIQLAMA

Əliməmməd Nuriyev namizədliyini geri götürdü – AÇIQLAMA

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əli Məmməd Nuriyev seçki marafonundan çəkildi. Bu haqda öz Facebook hesabında məlumat paylaşıb.

Globalinfo.az xəbər verir ki, Ə.Nuriyev 75 sayı Yardımlı-Masallı seçki dairəsində seçki yarışını davam etdirməməyə qərar verdiyini açıqlayıb. Qərarını müxtəlif aspektlərdən izah etməyə çalışıb. Bölgədə sosial vəziyyətin gərginliyini, əhalinin ağır maddi durumunun getdikcə pisləşdiyini, təhsil sahəsindəki acınacaqlı durumu sadalayıb.

Ə.Nuriyev sonda bunları bildirib:

“Fəaliyyətimizdə əsas prinsip dövlət və dövlətçilik maraqlarıdır. Bu maraqların təmin olunması ali məqsədimizdir. Hər bir vətəndaş, soydaşımız  müzəffər Ali Baş Komandan, möhtərəm prezident, cənab İlham Əliyevin ölkəmizin inkişafı siyasətinə öz miqyasında töhfəsini verməlidir.  Bu məqsəd üçün hər bir şəxsin öz missiyası müəyyənləşir. Əsas məsələ mümkün olanın ən yaxşısını etməyi bacarmaqdır. Bu prosesdə dəstək olan hər kəsə təşəkkür edirəm”.

Xatırladaq ki, 75 saylı Yardımlı-Masallı seçki dairəsindən YAP-ın namizədi Əliyev Sərvər Məlikməmməd oğludur. Bu dairədən indiyə kimi Musa deputat seçilib. O, IV, V, VI çağırış Milli Məclisin deputatı olub. 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində M.Qasımovun yenidən deputat olacağı proqnozlaşdırılır.

Zaira Akifqızı
Globalinfo.az