“Bu dəfə yağan yağış nəticəsində zəif yerləri görmüş olduq. Bilirsiniz ki, kanalizasiya su təhcizat sistemi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA), tunellərin subasması məsələsi isə “Azərtikinti”nin balansında olan strukturlardadır”.
Bu sözləri Globalinfo.az-a Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov COP29 tədbiri zamanı deyib.
O qeyd edib ki, bunlara baxmayaraq Bakı Şəhər İcra Hakimiyyəti koordinator kimi çıxış etməlidir:
“Biz özümüzü bu məsuliyyətdən qəti kənarlaşdırmırıq. Əksinə, qurumlarla əməkdaşlıq edirik. Artıq belə bir hadisələrin təkrar baş verməsi üçün lazımi tədbirlər görülür”.
E.Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin kanalizasiya xətlərinin və körpülərin keyfiyyəti ilə bağlı məhkəməyə müraciət edib-etməməsi məsələsinə toxunub:
“Artıq baş vermiş hadisələrlə bağlı prokurorluqda iş açılıb. Prokurorluq tərəfindən istintaq aparılır. Son nəticələr barəsində yaxın zamanda mediaya məlumat veriləcək”.
Zaira Akifqızı
Globalinfo.az