Qardaş Tatarıstanın tanınmış şair-tərcüməçisi Lenar Şeyxin “Qələmli dünya” adlı yeni – tərcümələr (və uyğunlaşdırmalar) kitabı gün üzü görüb.
Yeni nəsil tatar ədəbiyyatında özünəxas yerə, sayğıya sahib olan Lenar Şeyx kitabını Azərbaycan şairi Əkbər Qoşalıdan etdiyi çevrilərlə başlayıb. Tərcüməçi yeni kitabında ən genişi yeri də məhz Əkbər Qoşalıya ayırıb.
Onu da vurğulayaq ki, ötən il Əkbər Qoşalının “Dərviş sözü” kitabı Tatarıstan Dövlət Kitab Nəşriyyatında yayınlanıb. Həmin kitaba önsözü Tatarıstanın Xalq şairi, Dövlət mükafatı laureatı, Millət vəkili, Tatarıstan Yazıçılar Birliyinin başqanı Rkail Zəydulla yazıb. Azərbaycan şairinin şeirlərini tatarcaya Lenar Şeyx, Rüzəl Muxəmmətşin, Rifat Saleh və b. uyğunlaşdırıb.
Biz də öz növbəmizdə tatar şair, yazıçı və tərcüməçilərinə, bütün Tatarıstana sevgi-sayğılarımızı, ən xoş diləklərimi ismarlayırıq!
Tatarıstanın bayrağı uca olsun!