Əfsanəvi avtomobil modeli yenidən istehsal olunacaq

Rusiyanın Qorki Avtomobil Zavodu (QAZ Qrup) 2024-cü ilin yayına qədər əfsanəvi “Volqa” avtomobilinin istehsalını canlandıra bilər.

Globalinfo.az KONKRET.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturov deyib.

Nazirin sözlərinə görə, onlar texnoloji tərəfdaş cəlb etməklə yeni model buraxmağı planlaşdırırlar.

“Həmkarlar deyirlər ki, yeni modelin hazırlanması təxminən səkkiz-doqquz ay çəkir. Yaxın gələcəkdə onlar texnoloji tərəfdaş haqqında qərar qəbul etməyi planlaşdırırlar”, – deyə Manturov bildirib.

Onun sözlərinə görə, Rusiya şirkəti nəzarət texnologiyası üzrə tərəfdaş olacaq.

Xatırladaq ki, aprelin əvvəlində avstriyalı iş adamı, “QAZ Qrup”un direktorlar şurasının keçmiş sədri Volf  Prezident Vladimir Putinə “Volqa” markalı avtomobilin istehsal planını təklif edib.