Əfqanıstanın qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2 mini ötüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Taliban məlumat yayıb.
Xatırladaq ki, oktyabrın 7-də yerli vaxtla saat 11:00 radələrində Əfqanıstanın Herat şəhərindən 40 km qərbdə 6,3 maqnitudalı zəlzələ olub. Təbiət hadisəsi qonşu Badqis və Fərəh əyalətlərində də hiss olunub. ABŞ Geoloji Xidmətinin verilənlərinə görə, ilk zəlzələdən sonra 5,9 və 5,5 maqnitudalı daha bir neçə təkan baş verib.