Dünyanın ən bahalı futbolçusu odur – İnanılmaz qiymət

Dünyanın ən bahalı 100 futbolçusunun adı bəlli olub.

Globalinfo.az xəbər verir ki, Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) yeni siyahınısına əsasən, İspaniyanın “Real Madrid” klubunun ingiltərəli ulduzu Cud Bellinqem ilk pillədə qərarlaşıb. Onun dəyəri 267.5 milyon avro olaraq qiymətləndirilib.

“Mançester Siti”dən norveçli hücumçusu Erlinq Holannd (251,2 milyon avro) ikinci, braziliyalı Vinisius Junior (250,3 milyon avro) isə üçüncü olub.