Dünyada gündəm olan körpədən xəbər var – VİDEO

Suriyada zəlzələdən sonra dağıntılar altında doğulan və möcüzə mənasını daşıyan Aya adlandırılan körpə artıq himayəyə verilib, ona yeni ad da qoyulub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, körpə sağ qalan yeganə qohumuna, əmisi Xəlil əl-Səvadiyə verilib. Əmisi bildirib ki, balacaya anasının adı qoyulub. Belə ki, artıq Afraa adını daşıyan körpə indi yeni ailəsi ilə birlikdədir.

Qeyd edək ki, dağıntılar altında dünyaya gələn körpə xilas edilərkən hələ də anasına göbək bağı ilə bağlı idi. Axtarış-xilasetmə qrupları tərəfindən xilas edilən körpənin görüntüləri bütün dünyada əks-səda doğurmuş və zəlzələdə ümid simvoluna çevrilmişdi. Afrində xəstəxanaya aparılaraq müalicə olunan körpənin valideynləri və 4 bacısının dağıntılar altında öldüyü öyrəniləndə, dünyada minlərlə insan körpəni övladlığa götürmək istəmişdi.

VİD