Dubaya uçan təyyarə geri qayıtdı – Səbəb

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsiz hava şəraitinin fəsadları səbəbindən uçuş hava limanına qayıtmalı olub.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, AZAL Bakı-Dubay-Bakı reyslərinin bütün sərnişinlərinə əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə və ya “Azərbaycan Hava Yolları” aviaşirkətinin nümayəndəliklərinə müraciət etməyi tövsiyə edir.