Donetskdə bazar dəhşəti: ölənlərin sayı artır

Donetskdə Tekstilşik mikrorayonunda bazarın atəşə tutulması nəticəsində ölənlərin sayı 25-ə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Donetsk separatçılarının lideri Denis Puşilin Teleqram kanalında bildirib.

“Hazırda 25 ölümlə bağlı məlumat təsdiqlənib. Ən azı  20 nəfər yaralanıb, onlardan ikisi uşaqdır”, – o bildirib