Diqqət: 51 yaşayış məntəqəsinin avtomobil yolları yenidən qurulacaq

Cəlilabad rayonunda 51 yaşayış məntəqəsini birləşdirən avtomobil yollarının yenidən qurulması planlaşdırılır.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, yolların ümumi uzunluğu 127 km təşkil edir.

Ümumilikdə isə, sözügedən yollar üzərində 55 min əhali yaşayır.

Yenidən qurma işlərinə maliyyə vəsaiti ayrılan kimi, növbəli şəkildə başlanacağı bildirilir.