DİN: “Uşaqlara işgəncə verən qadınlar saxlanıldı”

Xəbər verdiyimiz kimi Bakıda loqopedik reabilitasiya mərkəzində uşaqlara işgəncə verilmıəsi ilə bağlı video yayılıb. Videoda qadın təlimçilər tərəfindən bir neçə uşağa fiziki zor tətbiz edildiyi əks olunur. Video ictimailəşdikdən sonra Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib. DİN mətbuat xidmətinin sözçüsü Elşad Hacıyev bildirmişdi ki, araşdırma gedir, əlavə məlumat olarsa, ictimaiyyətə açıqlanacaq.

Globalinfo.az bildirir ki, E.Hacıyev Facebook-da yeni məlumat açıqlayıb:

“Paytaxtın Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb.
İstintaq hərəkətləri davam etdirilir”.