Milli Məclisin deputatları Ramil Həsən və Tural Gəncəliyev fevralın 27-də Türkiyə Respublikasının Antalya şəhərinə səfər edəcəklər.
Bu barədə Globalinfo.az– a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd edilir ki, deputatlar Üçüncü Antalya Diplomatiya Forumunda iştirak edəcəklər.
Səfər martın 3-də başa çatacaq.