Dəhşətli görüntü: Böyük ərazi iki yerə bölündü – VİDEO

Türkiyədə zəlzələdən böyük zərər çəkən Hatay vilayətinin Altınözü rayonunda böyük çökmələr baş verib.

Globalinfo.az xəbər verir ki, dərin çatların yarandığı Təpəxan kəndinin torpaq quruluşu dəyişib. Zəlzələdən əvvəl zeytunluq olan torpaq indi kanyon kimi görünür.

“TRT Haber”in yaydığı videoda ərazidəki yüksəklik fərqi zəlzələnin şiddətini ortaya qoyur.

Qeyd edək ki, Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 19 388 nəfərə çatıb, 77 711 nəfər yaralanıb.