aze milli yenii

AzərbaycanUkrayna yığmalarının qarşılaşması başa çatıb. 

Globalinfo.az xəbər verir ki, görüş 1–1 hesabı ilə bitib.

52-ci dəqiqədə Georgi Sudakov Ukraynaya bir xal, 72-ci dəqiqədə isə penalti zərbəsi ilə Emin Mahmudov Azərbaycana bir xal qazandırıb.

***

Millimizin futbolçusu Emin Mahmudov rəqib qapısına təyin edilən 11 metrəlik cərimə zərbəsini dəqiq icra edib. 

Globalinfo.az xəbər verir ki, hazırda hesab 1–1-dir.

***

AzərbaycanUkrayna görüşündə hesab açılıb. Ukrayna 1-0 öndədir.

Globalinfo.az xəbər verir ki, oyunun 52-ci dəqiqəsində ukraynalı futbolçu Georgi Sudakov millimizin qapısına dəqiq zərbə endirərək komandasına xal qazandırıb.

***

AzərbaycanUkrayna qarşılaşmasında birinci hissə başa çatıb, tərəflər fasiləyə yollanıb. 

Globalinfo.az xəbər verir ki, birinci hisssədə hesab açılmayıb.

***

Futbol üzrə milli komandamız 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin ikinci turu çərçivəsində doğma meydanda Ukrayna seçməsi ilə üz-üzə gəlir.

Globalinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun başlayıb.

*** 19:06

Bu gün futbol üzrə Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində ikinci oyununa çıxır.

Globalinfo.az xəbər verir ki, yığmamız Bakıda Ukrayna millisi ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səsləndiriləcək.

Qeyd edək ki, AFFA İslaniya məğlubiyyətindən (0:5) sonra Fernandu Santuşla yollarını ayırıb. Millimizi bu matça U-21-in çalışdırıcısı Ayxan Abbasov çıxaracaq.

DÇ-2026

Seçmə mərhələ, D qrupu

9 sentyabr

AzərbaycanUkrayna

Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:00
Baş hakim: Vassilis Fotias
Baş hakimin köməkçiləri: Andreas Meintanas, Mixail Papadakis
Dördüncü hakim: Anastasios Papapetru
VAR hakimləri: Angelos Evangelu, Yoannis Papadopulos(Hakimlər briqadası Yunanıstandandır)

***

Komandaların start heyətləri açıqlanıb:

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 10. Mahir Emreli, 14. Elvin Bədəlov, 15. Abdulla Xaybulayev, 19. Rüstəm Əhmədzadə, 21. Qismət Alıyev

Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Rəhman Daşdəmirov, 6. Səbuhi Abdullazadə, 7. Anatoli Nuriiev, 11. Ozan Can Kökcü, 13. Abbas Hüseynov, 16. Ceyhun Nuriyev, 17. Toral Bayramov, 18. Cəlal Hüseynov, 20. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı

Ukrayna: 12. Trubin, 2. Konoplya, 6. Kalyujnıy, 7. Vanat, 8. Sudakov, 13. Zabarnıy, 14. Oçeretko, 17. Zinçenko, 19. Bondarenko, 20. Zubkov, 22. Matviyenko (k)

Ehtiyat oyunçular: 1. Buşan, 23. Riznik, 3. Mixavko, 4. Svatok, 5. Bondar, 10. Şaparenko, 11. Dovbik, 15. Mixayliçenko, 16. Voloşin, 18. Yarmoliuk, 21. Nazarenko

Paylaş: