cefb2b0b 193b 3bf3 ab33 b4fc095983fa 850

Ağdaş Rayon Polis Şöbəsində kadr dəyişikliyi olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən polis kapitanı Nəcəfli İbrahim Rahib oğlu Ağdaş Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, İbrahim Nəcəfli bundan əvvəl Kürdəmir Rayon Polis Şöbəsində istintaq bölməsinin baş müstəntiqi vəzifəsində çalışırdı.

af99991d b0fb 383b 8ded 960275deacb7

Paylaş: