Dağıstanda zəlzələ: Bakı-Qroznı neft kəməri yoxlanıldı

Bakı-Qroznı neft kəməri yanvarın 12-də Dağıstanın Xasavyurt şəhərinin qərbində baş vermiş zəlzələdən sonra normal işləyir.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, bu barədə “Transneft”in rəsmi nümayəndəsi İqor Demin məlumat verib.

O qeyd edib ki, 2024-cü il yanvarın 12-də Moskva vaxtı ilə saat 20:02-də (Bakı vaxtı ilə saat 21:02) episentri Xasavyurt şəhərindən 13 km şimal-qərbdə, ocağı 5 km dərinlikdə, maqnitudası 4,1 olan zəlzələ baş verib. Episentrdən 225 km radiusda yerləşən “Çernomortransneft” ASC-nin obyektləri, Qroznı-Bakı və “Mahaçqala” koru kəmərləri, eləcə də “Samur”, “Mahaçqala” və “Sulak” neft nasos stansiyalarının xətti hissəsində avadanlıqlar araşdırılıb. Zəlzələnin fəsadları yoxdur.