s

Çexiyada keçirilən parlament seçkilərində milyarder və keçmiş baş nazir Andrey Babişin rəhbərlik etdiyi müxalif sağçı ANO partiyası liderlik edir.

Globalinfo.az xəbər verir ki, səslərin 98,88%-i hesablanıb. Beləliklə, 68,85% seçici fəallığı ilə ANO 34,83 faiz səslə (1 916 355 səs, 200 yerdən 81-i) liderlik edir.

ANO daha əvvəl Kiyevə sursat tədarükü ilə bağlı Praqanın təşəbbüsündən geri çəkilmək niyyətini açıqlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: