
Cəlilabad rayonunda 101 yaşlı seçici növbədənkənar parlament seçkilərində səsvermə hüququndan istifadə edib.
Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, 71 saylı Cəlilabad şəhər seçki dairəsinin 23 saylı məntəqəsində qeydiyyatda olan 101 yaşlı Həcər Ağasalah qızı Rüstəmova səs verib.
Qeyd olunub ki, H.Rüstəmovanın səs verməsi üçün onun yaşadığı evə daşınan seçki qutusu aparılıb.
110 saylı Balakən seçki dairəsinin 9 saylı seçki məntəqəsində yaşı 100-dən yuxarı olan seçici səs verib.
110 saylı Balakən dairə seçki komissiyasının (DSK) sədri Vahid Əliyevin sözlərinə görə, rayonun Gərəkli kəndində yaşayan 1922-ci il təvəllüdlü Pətimat Əli qızı Xəlilova adlı seçicinin evinə daşınan seçki qutusu aparılıb və yaşlı seçici səsvermə hüququndan istifadə edib.
DSK sədri bildirib ki, dairə üzrə qeydiyyatda olan 39 min 364 seçici 44 məntəqədə səs verir. Onlardan 447 nəfəri səsvermə hüququndan ilk dəfə yararlanır.
Dairə üzrə səsvermənin gedişini 769 müşahidəçi izləyir.
