“Əgər Ermənistanda benzin qiymətləri Avropadakı səviyyəyə çatarsa, əhali baş nazir Nikol Paşinyanı devirəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Medvedev Paşinyanı Fransa Prezidenti Emmanuel Makronla yaxın münasibəti üzərindən hədəf alıb:
“Avropadakı qiymətlərə keçsək, Ermənistan əhalisi bu oğlanı yaş əskilərlə birbaşa Parisdəki sevgili dostu Makronun yanına qovacaq”.
Əliyar Xəlil
Globalinfo.az