Bu, Rusiya və ABŞ arasında münasibətlərə ağır zərbə vurur – Antonov

“ABŞ prezidenti Co Bayden xarici müttəfiqlərə, o cümlədən Ukraynaya yardım haqqında qanun imzalayıb. Amerikanın Kiyevə yeni yardımı ABŞ və Rusiya arasında münasibətlərin bərpası perspektivlərinə ağır zərbədir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.

“Bu qanunların qəbulu Rusiya-Amerika münasibətlərinin gələcəkdə normallaşması perspektivlərinə ciddi zərbə vurur. Birləşmiş Ştatlar gərgin olan münasibətləri daha da alovlandırır. Onlar nüvə gücləri arasında mövcud olan birbaşa toqquşma ehtimalını yüksəldirlər”, – deyə səfir vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Ukrayna da daxil olmaqla digər xarici müttəfiqlərə yardım haqqında qanunu imzalayıb. Bununla da Amerika silahlarının tədarükünün bərpasına son hüquqi maneə aradan qaldırılıb. Qanuni qüvvəyə minmiş təşəbbüs Kiyevə 61 milyard dollara yaxın vəsaitin ayrılmasını nəzərdə tutur.

Əliyar Xəlil
Globalinfo.az