63de6bb4880c163de6bb4880c2167552094863de6bb4880bf63de6bb4880c0

Pakistanda “Wikipedia”ya “küfr edən məzmun”la bağlı xəbərdarlıqdan sonra ölkədə sayta giriş məhdudlaşdırılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Wikimedia Fondu məlumat yayıb.

Bu həftənin əvvəlində Pakistan Telekommunikasiya İdarəsi (PTA) “Wikipedia”ya “küfr məzmunlu” informasiyanı bloklamaq və ya silmək üçün 48 saat vaxt vermiş, əks halda sayta girişin məhdudlaşdırılacağını bildirmişdi.

PTA sözçüsü bildirib ki, “Wikipedia” “bütün etiraz doğuran materialları” silənə qədər Pakistanda blokda qalacaq.

Paylaş: