Bu ölkədə 6 bal gücündə zəlzələ baş verdi

Meksikanın Aşağı Kaliforniya ştatının sahillərində 6 bal gücündə zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

“İlkin ehtimala görə, zəlzələ Visente Qerrero yaşayış məntəqəsindən 3 km qərbdə baş qeydə alınıb. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib”, – deyə bildirilib.

Sunami təhlükəsi elan edilməyib.