Yunanıstan Ermənistana s-300 və hava hücumunda istifadə edilən Rusiya istehsalı daha iki silah vermək niyyətindədir.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “enikos.gr” portalı çıxış edib.
Rəsmi Afinanın bu köhnə silahları İsrail istehsalı olan yeni sistemlərlə əvəz etmək istədiyi bildirilir. Məlumata görə, Yunanıstan Silahlı Qüvvələrinin rəhbərliyi Rusiya silah sistemlərini öz arsenalından çıxarmaq və köhnələrini yeni Qərb texnologiyaları ilə əvəz etməyə çalışır.
Rusiya istehsalı silah və sistemlərin əvvəlcə Ukraynaya verilməsi planlaşdırılsa da, daha çox sərf edən variantların nəzərdən keçirilməsinə başlanılıb. Hazırda onların Ermənistana satılması düşünülür.
Əliyar Xəlil
Globalinfo.az