Bu gün daha 22 ailə Laçın rayonuna köçürüldü: evlərin açarları verildi – Foto

Bu gün daha 22 ailə Laçın rayonuna köçürüldü: evlərin açarları verildi - Foto

Laçına qayıdan 22 ailəyə evlərinin açarları təqdim olunub.

Globalinfo.az xəbər verir ki, 72 nəfər olmaqla daha 22 ailə doğma evində məskunlaşıb. Açarlar Laçında “Bakı Abadlıq Xidməti”ndə sahiblərinə təqdim olunub. Laçın şəhərinə qayıdan sakinlər evlərinə sevinc göz yaşları ilə daxil olublar. Laçın şəhərində onların yaşaması üçün bütün zəruri şərait yaradılıb. Evlər tarixi memarlıq üslubu qorunmaqla müasir standartlara uyğun olaraq bərpa edilib.

Qeyd edək ki, Laçına qayıdan ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan məcburi köçkünlər arasından seçilib. Onlar Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşıblar.

Bu gün daha 22 ailə Laçın rayonuna köçürüldü: evlərin açarları verildi - Foto

***

Bu gün daha 22 ailə Laçın rayonuna köçürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Report”a istinadən xəbər verir.

Ümumilikdə 72 nəfərin olduğu köç maşınları Laçının şəhərinin girişində Həkəri çayının üzərindəki körpüdən keçərək şəhərə daxil oldu.

Qeyd edək ki, Laçın rayonundan olan keçmiş məcburi köçkünlərin öz dədə-baba yurduna köçürülməsinə başlanılıb.