“Qərbin hökmranlığı dövrü nəhayət başa çatdı”.
Globalinfo.az xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Jozep Borrell deyib.
Onun sözlərinə görə, bunu qlobal Cənub ölkələri ilə əlaqələr də sübuta yetirir:
“Mövcud qlobal geosiyasi gərginlik davam edərsə, Avropanın gələcəyi qaranlıq olacaq. Qərbin hökmranlığı dövrü doğrudan da başa çatıb. Bu, nəzəri cəhətdən başadüşülən olsa da, biz hələ yeni reallıqdan praktiki nəticələr çıxarmamışıq”.
Borrell hesab edir ki, Ukrayna və Qəzzadakı müharibə bu riski əhəmiyyətli dərəcədə artırıb.
“Qlobal Cənubda çoxları bizi “ikili standart”larda ittiham edir. Ukraynaya qarşı işğalçılıq müharibəsi imperialist və müstəmləkəçilik meylləri ilə dolu olsa da, Rusiya vəziyyətdən istifadə etməyi bacarıb. Biz buna qarşı mübarizə aparmalıyıq, həm də tərəfdaşlarımızın etimadını bərpa etmək üçün böyük səylər göstərməliyik”.
Onun sözlərinə görə, Aİ-nin Yaxın Şərqdə təhlükəsizlik payı çox yüksəkdir.
“Qəzzada humanitar fəlakətin sona çatmasına kömək etməsək və iki dövlətli həll prinsipini həyata keçirməsək, bu münaqişə bütün regionu alovlandıracaq. Avropa üçün nəticələr bir çox aspektlərdə (miqrasiya, terrorizm, daxili gərginlik, enerji böhranı, kəsilmiş dəniz yolları və sair) dərin izlər buraxacaq”, – Borrell vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az