1990-cı illərdən vəziyyət fərqli idi – Hikmət Hacıyev

1990-cı illərdən Cənubi Qafqaz regionu parçalanmış vəziyyətdə idi, postsovet məkanında da bir neçə münaqişənin alovlanmasının şahidi olmuşduq.

Globalinfo.az APA-ya istinadən bildirir ki, bunu bu gün XI Bakı Qlobal Forumu çərçivəsində keçirilən “Parçalanmış dünyanın bərpas”ı mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib ki, Azərbaycan işğal altındakı əraziləri azad edib, Cənubi Qafqazda stabilliyi bərpa edib: “Artıq hamı Ermənistanla münasibətlərin istiləşməsinin şahididir. Biz bölgədə sülhün bərqərar olması üçün səylərimizi əsirgəmirik. Hər kəs Azərbaycanla Ermənistanı sülh müqaviləsi imzalamağa çağırır. Biz də sülh və daha çox əməkdaşlığı təşviş etməyə çalışırıq. Biz də istəyərdik ki, Cənubi Qafqazdakı təcrübə digər bölgələrə yayılsın”.