BMT-nin baş katibi ABŞ və Rusiyanı dialoqa çağırdı

BMT-nin baş katibi Antonio Quterreş ABŞ və Rusiyanı dialoqa və gərginliyin qarşısını almağa çağırıb.

Globalinfo.az xəbər verir ki, bunu brifinqdə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik ABŞ-a məxsus PUA-nın Qara dənizdə düşməsi ilə bağlı insidenti şərh etmək xahişinə cavab olaraq bildirib.

“Bizim dəqiq nə baş verdiyi barədə sıfır məlumatımız var. Bizdə olan yeganə məlumat mediadandır. BMT baş katibinin reaksiyası gözlədiyiniz kimi olacaq: o, dialoqa çağıracaq və hər hansı bir gərginlikdən qaçacaq”, – Düjarrik bildirib.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, çərşənbə axşamı səhər Amerikaya məxsus MQ-9 pilotsuz uçan aparatı söndürülmüş transponderlər Qara dəniz üzərində hava məkanından istifadə üçün müvəqqəti rejim ərazisinin sərhədlərini pozub. PUA Rusiya sərhədinə doğru irəliləyirdi, təcavüzkarı müəyyən etmək üçün rus qırıcıları havaya qaldırıldı. Qəfil manevr nəticəsində pilotsuz uçuş aparatı hündürlüyü itirərək nəzarətsiz uçuşa çıxıb və suya düşüb. Rusiya Müdafiə Nazirliyi vurğulayıb ki, rus qırıcıları MQ-9 ilə təmasda olmayıb, hava-desant silahlarından istifadə etməyib və öz baza aerodromuna sağ-salamat qayıdıblar.