BMT-dən xəbərdarlıq: Bu ölkələrin əhalisi böyük aclıqla üz-üzədir

“Sudan və Çadda davam edən böhran milyonlarla insanı dünyanın ən böyük aclığı ilə üz-üzə qoya bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeyn deyib.

“Sudan, Cənubi Sudan və Çadda 25 milyondan çox insan ərzaq çatışmazlığı əti ilə üzləşir. Döyüşlərə son qoymağa və humanitar təşkilatları insanların həyatını xilas etmək üçün mühüm işlər görməyə çağırıram”.

Ümumdünya Ərzaq Proqramının icraçı direktoru döyüşlər və etibarsızlıq səbəbindən Sudan xalqına təcili ərzaq yardımı göstərə bilmədiklərini söyləyib. Səbəblərdən biri də Sudan hakimiyyətinin Çad və Cənubi Sudan sərhədindən ölkəyə yardım göndərilməsini qadağan etməsidir.

Eyni zamanda, Sudandan Çad və Cənubi Sudana axın edən qaçanların sayı getdikcə artır. Belə ki, son 10 ayda Sudandan Cənubi Sudana 600 mindən çox qaçqın gəlib.

Əliyar Xəlil
Globalinfo.az