BMT: “Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində işləməyə sadiqik”

BMT Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində işləməyə sadiq qalır.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bu barədə BMT-nin Azərbaycandakı Nümayəndəliyinin “Twitter” hesabında bildirilib.

“Sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında münaqişədə həlak olanları yad edir, həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk. BMT Cənubi Qafqazda sülh və Dayanıqlı İnkişaf Məqsədlərinin inkişafı istiqamətində işləməyə sadiq qalır”, – qeyd olunub.