Blinkendən Ukrayna açıqlaması: “Dəstəkləmirik”

“ABŞ Ukraynanın Rusiya ərazisinin dərinliklərinə doğru hücumlarını dəstəkləmir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken deyib.

Bir qrup amerikalı konqresmen ABŞ-ın müdafiə naziri Lloyd Ostini Vaşinqton tərəfindən ötürülən silahlardan Rusiyaya zərbə vurmaq üçün Ukraynaya icazə verməyə çağırıb. Lakin Antoni Blinken  ABŞ hökumətinin bunu dəstəkləmədiyini açıqlayıb.

“Ukrayna hüdudlarından kənarda edilən hücumları dəstəkləmək bizim işimiz deyil.  Lakin Ukrayna öz qərarlarını verməli olacaq. Və mən əmin olmaq istəyirəm ki, Ukraynada lazım olan avadanlıqlar var”, – Blinken vurğulayıb.

Rusiya isə hesab edir ki, Ukraynaya silah tədarükü nizamlanmaya mane olur və NATO ölkələrini birbaşa münaqişəyə cəlb edir. Kreml bəyan edir ki, Ukraynanı Qərb silahları ilə təchiz etmək danışıqlara mənfi təsir göstərəcək.

Müşviq Tofiqoğlu
Globalinfo.az