221130 antony blinken jm 0942 fa0d30

ABŞ Dövlət katibi Entoni Blinken Prezident Co Baydenin Rusiya Prezidenti Vladimir Putinlə görüşmək ehtimalını istisna etməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV yazıb.

“Heç vaxt, “heç vaxt” demə”, – o bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Co Bayden Vladimir Putinlə iki il əvvəlki görüşü zamanı ona Ukraynanın NATO-ya üzvlüyə qəbul olunmayacağı barədə zəmanət vermədiyini açıqlamışdı. Onun sözlərinə görə, Putin Ukraynanın NATO-ya üzv olmayacağı barədə öhdəlik götürməsini tələb edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: