Putinin o tapşırıqları üçün 17 trilyon lazımdır – RİA

“Putinin tapşırıqlarını yerinə yetirmək üçün 17 trilyon rubl lazımdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat “RİA Novosti” agentliyinin dərc etdiyi məqalədə yer alıb.

Məlumatda deyilir ki, Vladimir Putinin Federal Məclisə müraciəti zamanı verdiyi tapşırıqları yerinə yetirmək üçün 17 trilyon rubla ehtiyac var. Söhbət 2030-cu ilə qədər həyata keçirilməsi planlaşdırılan layihələrdən gedir. Maliyyə əsasən mənzil-kommunal təsərrüfatına, sosial xidmətlərə və infrastruktura xərclənəcək.

Nəşrin məlumatına görə, ən böyük vəsait bələdiyyə infrastrukturunun modernləşdirilməsinə (2030-cu ilə qədər 4,5 trilyon rubl) sərf olunacaq.  Sosial sahənin xərcləri təxminən 3,3 trilyon rubl təşkil edəcək, bunun da böyük hissəsi analıq kapitalı proqramına gedəcək. Səhiyyə müəssisələrinin tikintisinə, təmirinə və avadanlıqla təchiz olunmasına isə 1 trilyon vəsaitin xərclənməsi nəzərdə tutulur.

Rusiyanın maliyyə naziri Anton Siluanov bütün vəsaitin tapılacağını açıqlayıb.

Xatırladaq ki, Rusiya lideri Vladimir Putin Federal Məclisə müraciət ünvanlayaraq “Kadrlar” milli layihəsinin başlandığını elan edib.

Əliyar Xəlil
Globalinfo.az