Blinkenin Netanyahu ilə görüşü başladı

ABŞ dövlət katibi Entoni Blinkenin İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Onların təkbətək görüşündən sonra hərbi kabinetin də müzakirələrdə iştirakı gözlənilir.

Qeyd edək ki, ABŞ dövlət katibi İsraildə səfərdədir.

***13:33

ABŞ dövlət katibi Entoni Blinkenin İsrailə səfəri başlayıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Qüdsdəki səfirliyindən bildirilib.

Qeyd olunub ki, E.Blinken İsrailin Ben Qurion hava limanına çatıb.

ABŞ dövlət katibinin bu gün İsraildə bir sıra görüşlər keçirəcəyi və HƏMAS-la İsrail arasında davam edən müharibəni müzakirə edəcəyi gözlənilir .

Qeyd olunub ki, o, Qəzza zolağında dərhal atəşkəs haqqında razılığın əldə edilməsi səylərini müzakirə etmək niyyətindədir.

Xatırladaq ki, bu, 2023-cü ilin oktyabr ayında Yaxın Şərqdə müharibə başlayandan bəri E.Blinkenin İsrailə altıncı səfəridir.