Biləsuvarda quş yuvası faciəyə səbəb oldu – FOTO

QUS YUVASI

Biləsuvarda gənc oğlan qazdan boğulub.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, hadisə Ovçubərə kəndində baş verib. Kənd sakini 29 yaşlı İbabəyli Rəşad Əlibala oğlu yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Məlumata görə, evdəki “İran sobası”nın dəm qazı üçün nəzərdə tutulan borusunda quş yuva qurubmuş. Bu səbəblə dəm qazı sobadan çıxa bilməyib və evə dolub.

Faktla bağlı araşdırma aparılır.

lv918LqBjRHRTcHjRDspmPsGag6o4dQIQgBMpbh3 1200 1732167677