Şəkiyə dolu düşüb – Faktiki hava

İyunun 18-i saat 17:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Qax, Xınalıq, Şəki, Qusar, Qrız, Şahdağ, Yardımlı, Lerikdə şimşək çaxıb, arabir yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, Şəki rayonu ərazisinə saat 16:30 radələrində diametri 6-8 mm olan dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadası, Naxçıvan MR-da, Aran rayonlarında 37, dağlıq rayonlarda 25 dərəcəyədək isti olub.

***10:05

İyunun 18-i saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti sabit, əsasən yağmursuz keçib, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxıb, arabir qısamüddətli yağış yağıb.

Bu barədə Globalinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Göygöl, Gədəbəydə 1 mm-dək olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 37, Naxçıvan MR-da 39, Aran rayonlarında 38, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.