Suriyanı tərk edən Bəşər Əsədin təyyarəsinin qəzaya uğraması və ya vurulması nəticəsində öldüyü bildirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli mənbələrə istinadən məlumat yayıb.
Yerli mənbələr də hava gəmisinin vurulması ehtimalı üzərində dayanaraq, bu məsələ ətrafında naməlum vəziyyətin hökm sürdüyünü açıqlayıb.
***
Suriya Prezidenti Bəşər Əsədi daşıyan İl-76 təyyarəsi qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Suriya Nyus” çıxış edib.
Məlumata görə, təyyarə Livan yaxınlığında radarlardan itib, daha sonra ərazidə partlayış qeydə alınıb.
Təyyarənin vurulması versiyası səsləndirilsə də, rəsmi açıqlama verilmir.
“FlightRadar”a görə, Əsədi daşıyan İl-76 kəskin eniş edib.
Digər versiyaya görə, təyyarə ötürücüləri qəsdən söndürüldüyü üçün radarlardan itib.