Bu gün səhər saatlarında Belqorod yenidən atəşə tutulub. Nəticədə beş nəfər ölüb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı Teleqram kanalları məlumat yayıb.
Rusiya MN atılan raketlərin vurulduğunu bildirib.
Hazırda vilayətin Ukrayna ilə həmsərhəd yaşayış məntəqələrində blokpostlar qurulur və əraziyə giriş-çıxış məhdudlaşdırılır.
Vilayət rəhbərliyi eyni zamanda Qrayvorondan əhalini köçməyə çağırıb.
Qeyd edək ki, Qrayvoronun 6 mindən çox əhalisi var.













