Bəhreyn ordusu İranla hərbi gərginlik fonunda yüksək hazırlıq döyüş vəziyyətinə gətirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Bəhreyn ordusunun Baş Komandanlığı məlumat yayıb.
Bəhreyn Ordusu əhaliyə müraciət edərək, İran hücumlarından sonra qalıq kimi ərazidə qala biləcək naməlum və ya şübhəli əşyalardan uzaq durmağı tövsiyə edib.
Bildirilib ki, Silahlı Qüvvələrin Kral Mühəndislik Bölməsi həmin obyektlərin aşkar edilərək zərərsizləşdirilməsi və təhlükəsizliyin qorunması üçün hazırlıq vəziyyətindədir.