Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i Ramazan bayramı, inşallah, Miladi təqvimlə martın 30-na təsadüf edir.
Globalinfo.az xəbər verir ki, bunu Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə xalqı təbrikində deyib.
“Qeyd edirik ki, Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaqdır, inşallah. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində 09.00-a təyin edilmişdir”, – mətndə deyilir.














