1616060441848 tzvnlk6p

“Biz Yəmənə hücumları dayandıra bilmərik”.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Ağ Ev-də jurnalistlərin suallarını cavablandırarkən fikir səsləndirib.

O, Husilərin Qırmızı dənizdə ABŞ gəmilərinə qarşı hücumlarının hələ də dayandırılmadığını etiraf edib.

Bayden əlavə edib ki, Amerika və Böyük Britaniya donanmalarının həyata keçirdiyi birgə əməliyyatlar Husilərin Qırmızı dənizdən keçən ticarət gəmilərini hədəfə almasına mane ola bilmir.  Ağ Ev rəhbəri bu səbəbdən də ABŞ-ın Husilərə qarşı əməliyyatlarını davam etdirəcəyini diqqətə çatdırıb.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: