“Bayden seçkilərdə iştirakını davam etdirmək niyyətindədir.”

Globalinfo.az xəbər verir ki, bu barədə Bayden Konqresdəki demokratlara yazdığı məktubunda bildirib.

Baydenin sözlərinə görə, o, son 10 gün ərzində Demokrat Partiyasının liderləri və seçiciləri ilə danışıb.

“Bildirmək istəyirəm ki, mətbuatda və ondan kənarda olan bütün fərziyyələrə baxmayaraq, mən Donald Trampa məğlub olana qədər yarışda iştirak etmək niyyətindəyəm. Son 10 gün ərzində partiya liderləri və seçicilərlə danışmışam və insanların narahatlıqlarını anlayıram, onların mənim haqqımdakı xoş niyyətlərini eşidirəm”, – deyə Bayden vurğulayıb.

Qeyd edək ki, Bayden və Tramp arasında ikinci debat sentyabrın 10-na planlaşdırılıb. ABŞ-da prezident seçkiləri isə noyabrın 5-də keçiriləcək.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: