433FDE5B 7E09 41CB 893A A72830021CE5 w1080 h608

Slovakiya Ukraynaya öz ərazisinin bir hissəsindən Rusiyanın xeyrinə imtinanı təklif edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fiko fikir səsləndirib.

O bildirib ki, Ukrayna münaqişəyə son qoymaq üçün ərazi güzəştlərinə getməli olacaq:

Onlar gözləyirlər ki, ruslar Krım, Donbass və Luqanskı tərk edəcək? Bu, qeyri-realdır”, – deyə Fiko vurğulayıb.

Bu bəyanata Ukraynanın cavabı özünü çox gözlətməyib. Belə ki, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko ərazi bütövlüyü ilə bağlı heç bir güzəştin olmayacağını diqqətə çatdırıb:

“Gəlin açıq danışaq. Ukraynada təhlükəsizliklə bağlı vəziyyət normallaşmasa, nə Slovakiyada, nə də Avropada bu, olacaq.  Biz birlikdə çalışmalıyıq ki, Ukraynanın qələbəsini yaxınlaşdıraq”, – deyə Oleq Nikolenko fikirlərini tamamlayıb.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: