Baqrat Paşinyanın devrilməsi üçün növbəti addımını açıqladı

Ermənistanda hakimiyyətin dəyişməsi üçün bütün mümkün variantlar müzakirə edilir.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanda etirazlara rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan deyib.

O, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün müxalifətin parlamentdəki mandatından imtinası məsələsinin də gündəmdə olduğunu deyib.

Qeyd edək ki, Qalstanyana hazırda parlamentdəki müxalifət partiyaları açıq dəstək verirlər. Bu partiyalar isə eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyana tabedir.

Əliyar Xəlil
Globalinfo.az