Banqkokda zəlzələ nəticəsində dağılmış Baş Auditor İdarəsinin 30 mərtəbəli binasının dağıntıları altından 14 cəsəd tapılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Nation” qəzeti məlumat yayıb.
Bildirilib ki, hadisə yerində ölənlərin sayı 29-a çatıb, 9 nəfər yaralanıb, 59 nəfər isə itkin düşüb.
“Qalan cəsədlərin gələn cümə axşamı dağıntılar altından çıxarılacağı gözlənilir. Xilasetmə qrupları hazırda səylərini lift şaxtasına daxil olmağa yönəldir, burada sağ qalanlar ola bilər”, – deyə nəşr qeyd edib.
Xatırladaq ki, martın 28-də Myanma ərazisində güclü zəlzələ baş verib. Tailand meteorologiya departamentinin məlumatına görə, onun maqnitudası 7.9 gücündə olub. Zəlzələ qurbanlarının sayı 3000 nəfəri keçib.
Əliyar Xəlil
Globalinfo.az