WhatsApp Image 2024 03 04 at 12.36.05

“Sülh müqaviləsi ilə bağlı yeni heç nə yoxdur, ümumilikdə 17 bənddən 15-i razılaşdırılıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistan saziş mətnində razılaşdırılmamış iki bəndlə bağlı həll təklifi göndərib:

“Onlardan biri sərhəd boyunca üçüncü ölkələrin nümayəndələrinin yerləşdirilməməsi ilə bağlıdır. Bakıya təklifimiz belədir ki, bunu delimitasiya prosesinin yekunlaşdığı sahələrə aid edək. Digər tərəfdən beynəlxalq instansiyalarda hüquqi mübahisələrin geri çəkilməsi məsələsi var. Bu, mövcud vəziyyətdə və şərtlərdə İrəvan üçün qəbulediləndir. Biz təkcə nəyisə beynəlxalq instansiyalardan geri çəkmirik, ümumiyyətlə, bütün mübahisələrdən imtina edirik. Əks təqdirdə belə situasiya yaranar ki, biz hansısa bir məsələni geri çəkirik, Azərbaycan da edir. Narahatlığımız var ki, birdən beynəlxalq məhkəmədə iddia geri götürüldükdən sonra ikitərəfli danışıqlarda yenidən gündəmə gətirilər”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: